Ukraynada “Telegram”ın məhdudlaşdırılması təklif olunur

Dünya

23.02.2026 18:15

Lvovda baş verən terror aktından sonra Ukraynada “Telegram” messencerinin məhdudlaşdırılması zərurəti gündəmə gəlib.

TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müavini İrina Vereşçuk öz “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, Lvovdakı terror aktı döyüş əməliyyatları şəraitində “Telegram” və oxşar anonim platformaların informasiya məkanında fəaliyyəti məsələsini yenidən aktuallaşdırır. Vereşçuk qeyd edib ki, “düşmən” messencerdən terrorçuların ələ alınması, fəaliyyətlərinin koordinasiyası və terror aktlarının törədilməsi üçün sistemli şəkildə istifadə edir. Buna görə də insanların həyatının və milli təhlükəsizliyin qorunması üçün belə platformaların imkanlarını məhdudlaşdırmaq lazımdırsa, bu addım atılmalıdır.

Qeyd edək ki, fevralın 22-də Lvovda iki güclü partlayış baş verib. Nəticədə polis əməkdaşları da daxil olmaqla 25 nəfər yaralanıb, onlardan altısının vəziyyəti ağırdır. 23 yaşlı qadın polis əməkdaşı həyatını itirib. Hüquq-mühafizə orqanları şübhəli bilinən qadını saxlayıblar və onun Ukrayna vətəndaşı olduğu müəyyən edilib.

Qiymət Mahir

tag: Ukrayna,Telegram,Lvov,Vereşçuk ,TodayPress TV,