Ukraynada antikorrupsiya əməliyyatları aparılır

Ukraynada antikorrupsiya əməliyyatları aparılır
10.11.2025 15:17 Dünya

Ukrayna Milli Antikorrupsiya Bürosu və Korrupsiyaya qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluq energetika sahəsində korrupsiya faktlarının aşkar edilməsi üzrə genişmiqyaslı əməliyyat keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə Antikorrupsiya Bürosunun sosial şəbəkələrdə yaydığı məlumatda deyilir.

Məlumata görə, dövlət sektorunun strateji müəssisələrinə, xüsusən də "Enerqoatom" SC-yə təsir göstərmək üçün genişmiqyaslı korrupsiya sxemi qurulub.

Bundan başqa, xalq deputatı Yaroslav Jeleznyak "Kvartal 95" studiyasının həmtəsisçisi Timur Mindiç, ədliyyə naziri German Qaluşenkonun evlərində və "Enerqoatom" SC-də axtarışlar aparıldığını bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər