Ukrayna Xəzərdə xüsusi əməliyyat keçirdiyini açıqladı
Ukrayna Xəzər dənizi akvatoriyasında pilotsuz uçuş aparatları (PUA) ilə xüsusi əməliyyat keçirib və bir neçə strateji hədəfi vurub.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) bəyanat yayıb.
Məlumata görə, hücum nəticəsində Filanovski adına yatağın neftçıxarma platformasına, həmçinin İran və Rusiya arasında hərbi təyinatlı yüklərin daşınmasında istifadə olunan, beynəlxalq sanksiyalar siyahısındakı "Port Olya 2" və "Begey" gəmilərinə zərbələr endirilib.
Bundan əlavə, əməliyyat zamanı 12418 layihəli "Molniya" raket katerinin də zədələndiyi bildirilir.
Jalə Rövşən