Ukrayna və Almaniya əməkdaşlığa hazırlaşır
Dünya
11.04.2026 10:45
Ukraynanın müdafiə naziri Mixaylo Fedorov almaniyalı həmkarı Boris Pistorius ilə telefon danışığı apararaq lazer silahlarının hazırlanması məsələsini müzakirə edib.
TodayPress TV “European Pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər birgə layihələr, o cümlədən lazer silahları sahəsində əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
Nazirlik bildirib ki, danışıqlar zamanı hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, eləcə də uzaqmənzilli pilotsuz uçuş aparatlarının istehsalı üçün əlavə maliyyələşdirmə məsələləri də müzakirə olunub.
Bundan əlavə, tərəflər innovativ lazer silahları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına da toxunublar.
Qeyd edək ki, ötən ilin sonunda “Posok” layihəsi çərçivəsində hazırlanmış Rusiyanın “LazerBuzz” adlı lazer əsaslı FPV dron əleyhinə müdafiə sistemi sınaqlar zamanı 1 km məsafədə dronu uğurla məhv edib. Tərtibatçıların sözlərinə görə, sistemin əvvəlki təsir məsafəsi 700 metr olub.
Mütəxəssislər bildirirlər ki, təsir məsafəsinin artırılması sistemin modernləşdirilməsi və proqram təminatı alqoritmlərinin optimallaşdırılması nəticəsində mümkün olub. Gələcəkdə əlavə təkmilləşdirmələrin aparılması planlaşdırılır.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl ölkəsinin nüvə silahlarından imtina etməsinə görə təəssüfünü ifadə etmişdi.
Jalə Rövşən
tag: Almaniya ,Ukrayna ,Lazer silah ,Mixaylo Fedorov,
