Ukrayna üçün kritik xəbər: İtaliyanın raket ehtiyatı tükəndi

Ukrayna üçün kritik xəbər: İtaliyanın raket ehtiyatı tükəndi
11.11.2026 22:44 Dünya

İtaliyanın Ukraynaya təhvil vermək üçün nəzərdə tutduğu SAMP/T hava hücumundan müdafiə sistemləri üçün Aster raketlərinin ehtiyatı tükənib.

TodayPress TV xəbər verir ki, bu barədə “Il Sole 24 Ore” nəşri məlumat yayıb.

Bildirilib ki, Roma Ukraynaya yeni yardım paketi hazırlayır. Paketə elektrik generatorları və enerji infrastrukturunun bərpası üçün avadanlıqlar daxil ediləcək. Həmçinin SAMP/T sistemləri üçün ehtiyat hissələrinin göndərilməsi də nəzərdən keçirilir.

Lakin İtaliya əlavə raketlər verə bilməyəcək. Buna səbəb ölkənin öz ehtiyatlarını qorumaq qərarı və yeni raketlərin qısa müddətdə istehsalının mümkün olmamasıdır.

Qeyd edək ki, SAMP/T Avropanın ABŞ istehsalı olan “Patriot” sisteminə alternativ hava hücumundan müdafiə kompleksidir. Sistem təyyarələri, qanadlı və bəzi ballistik raketləri zərərsizləşdirmək üçün Aster 30 raketlərindən istifadə edir.

Bu raketlərin sürəti 4,5 Maxa çatır, hava hədəflərini məhv etmə məsafəsi isə təxminən 100-120 kilometr təşkil edir.

Bununla belə, “Patriot” kompleksinin PAC-3 MSE raketləri mürəkkəb ballistik hədəflərin ələ keçirilməsi üçün daha effektiv hesab olunur. SAMP/T isə universal hava hücumundan müdafiə imkanları ilə seçilir. Aster raketlərinin yeni versiyalarının sistemin raket əleyhinə müdafiə imkanlarını genişləndirəcəyi gözlənilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər