Ukrayna Rusiyanın "nəfəs borusu"nu kəsməyə davam edir

Ukrayna Rusiyanın "nəfəs borusu"nu kəsməyə davam edir
24.06.2026 11:34 Dünya

Ukrayna Rusiyanın Orenburq vilayətindəki qaz sənayesi obyektinə dron ilə zərbə endirib.

TodayPress TV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" "Exilenova+" teleqram kanalına istinadən məlumat yayıb.

Məlumata görə, müəssisənin ərazisində bir neçə yanğın qeydə alınıb.

Yerli sakinlərin sözlərinə görə, ən azı üç pilotsuz uçuş aparatı ilə zərbə endirilib.

Hücum fonunda Orenburq hava limanı hava gəmilərinin qəbulunu və yola salınmasını müvəqqəti dayandırıb. Oxşar məhdudiyyətlər Orsk və Yasnıda tətbiq edilib, orada da təhlükəsizlik mülahizələrinə görə hava əlaqəsi dayandırılıb.

Orenburq vilayəti qubernatorunun sözlərinə görə, vilayət mərkəzindəki sənaye müəssisəsinin üzərində bir neçə PUA vurulub. Zərərçəkənlər barədə məlumat daxil olmayıb. Hadisə yerində təcili xidmətlər çalışır.

Daha əvvəl Ukrayna ölkə sərhədindən 1,5 min km-dən çox məsafədə yerləşən Orenburq vilayətindəki qaz sənayesi obyektlərinə zərbələr endirmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər