Ukrayna Rusiyanı necə aldatdı? Krım körpüsünə hücumun DETALLARI

Ukrayna Rusiyanı necə aldatdı? Krım körpüsünə hücumun DETALLARI
18.11.2026 21:28 Dünya

Ukrayna Krım körpüsünə hücum zamanı ilk dəfə “uçan modemlər” adlandırılan pilotsuz uçuş aparatlarından ibarət rabitə şəbəkəsindən istifadə edib.

TodayPress TV xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, bu texnologiya “Starshield” sisteminə tətbiq edilən məhdudiyyətləri aşmağa imkan verib.

Bildirilir ki, pilotsuz uçuş aparatları operatorlarla raketlər arasında yüzlərlə kilometr məsafədə rabitəni təmin edən retranslyator rolunu oynayıb. Bunun sayəsində hərbçilər real vaxt rejimində görüntülər əldə edib, Rusiya hava hücumundan müdafiə sistemlərindən yan keçərək “Flamingo” raketlərini körpünün həssas konstruksiyalarına dəqiq istiqamətləndirə biliblər.

Məlumata əsasən, bu texnologiyadan “Starshield” sisteminin ötürmə sürətinə yenidən məhdudiyyətlər tətbiq edilməsindən sonra istifadə olunub.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Krım körpüsünə zərbənin yeddi mərhələdən ibarət əməliyyatın yekunu olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna qüvvələri hücumdan əvvəl bir neçə həftə ərzində Rusiyanın müdafiə sistemini zəiflədib.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər