Ukrayna "Patriot" istehsalına başlayır: Zelenski vaxtı elan etdi

Ukrayna "Patriot" istehsalına başlayır: Zelenski vaxtı elan etdi
09.08.2026 02:00 Dünya

ABŞ-dən müvafiq lisenziya alındıqdan sonra Ukraynada "Patriot" hava hücumundan müdafiə (HHM) sistemlərinin istehsalının qurulması 12 aydan bir neçə ilə qədər vaxt apara bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski televiziyada bildirib.

Liderin sözlərinə görə, proses ABŞ və Avropa ölkələrindəki bürokratik prosedurlar səbəbindən çətinləşir. Zelenski, həmçinin qeyd edib ki, hətta lisenziya aldıqdan sonra belə Ukrayna "Patriot" sistemləri üçün raketləri müstəqil şəkildə istehsal edə bilməyəcək.

Prezident vurğulayıb ki, Kiyev ölkə ərazisində mümkün olan ən çox sayda istehsal elementinin yerləşdirilməsində maraqlıdır. Zelenskinin sözlərinə görə, istehsalın bir neçə Avropa ölkəsində yerləşdirilməsi əlavə bürokratik ləngimələrə gətirib çıxara bilər.

TodayPress TV

XƏBƏR LENTİ
09 AVQUST 2026
Bütün Xəbərlər