Ukrayna Ottava Konvensiyasından çıxır

Ukrayna Ottava Konvensiyasından çıxır
29.06.2025 14:45 Dünya

Ali Radanın deputatı Roman Kostenko bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski Ottava Konvensiyasından çıxmaqla bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiqləyən fərman imzalayıb.

TodayPress TV xəbər verir ki, bu konvensiya piyada əleyhinə minaların istifadəsini, yığılmasını və istehsalını qadağan edən beynəlxalq sənəddir.

Kostenko əlavə edib ki, məsələ indi Ali Radada müzakirə olunacaq. Fərmanın mətni hələlik prezidentin rəsmi saytında dərc edilməyib.

Qeyd edək ki, daha əvvəl Finlandiya, Estoniya, Latviya, Litva və Polşa da Ottava Konvensiyasından çıxdıqlarını elan ediblər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər