Ukrayna müharibəsinsən sonra ölkəni tərk edənlərin sayı açıqlandı

Ukrayna müharibəsinsən sonra ölkəni tərk edənlərin sayı açıqlandı
22.01.2026 21:30 Dünya

2022-ci ilin fevral ayından bəri Ukraynadan rəsmi şəkildə xaricə gedən və geri qayıtmayan Ukrayna vətəndaşlarının sayı 3,1 milyon nəfər təşkil edib.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Opendatabot” servisi tərəfindən dərc olunan məlumatlarda qeyd olunur.

Bildirilir ki, onların ən böyük hissəsi- təxminən 2,2 milyon nəfər və ya 72 faiz 2022-ci ildə Ukraynanı tərk edərək geri dönməyib.

Sonrakı illərdə ölkədən gedən və geri qayıtmayanların sayı azalıb. Belə ki, 2024 və 2025-ci illər ərzində Ukraynadan daimi olaraq ayrılan vətəndaşların sayı 733,3 min nəfər təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər