Ukrayna müharibəsi Qərbin zəif nöqtəsini üzə çıxardı

Ukrayna müharibəsi Qərbin zəif nöqtəsini üzə çıxardı
26.08.2026 22:31 Dünya

Heç bir Qərb ölkəsi Ukraynadakı kimi uzunmüddətli, miqyaslı və intensiv münaqişəyə bütövlükdə cəmiyyət səviyyəsində hazır deyil.

TodayPress TV xəbər verir ki, bu barədə “Business Insider” portalı Ukrayna hərbçilərinin hazırlığına cavabdeh olan Norveç qruplaşmasının komandiri, briqada generalı Atle Moldeyə istinadən məlumat yayıb.

“Bütün cəmiyyət səviyyəsində hazır olmaq lazımdır. Hazırda biz buna hazır deyilik. Heç bir Qərb ölkəsi hazır deyil”, - deyə Molde bildirib.

Onun sözlərinə görə, bu, Ukraynadakı münaqişənin Norveç və digər Qərb dövlətləri üçün əsas dərslərindən biridir.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər