Ukrayna ilə danışıqların ikinci raundu keçiriləcək
"Moskva ilə Kiyev arasında ikinci danışıqlar raundu keçiriləcək".
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib.
Onun sözlərinə görə, müzakirə edilən memorandum üzərində iş artıq Rusiya tərəfindən irəliləmiş mərhələdədir.
Nazir qeyd edib ki, Ukrayna da Rusiya ilə ikinci danışıqlar raundunun keçiriləcəyini təsdiqləyib.
Töhfə Səməd