Ukrayna Gürcüstana səfir təyin etdi
Ukrayna Gürcüstana yeni səfir təyin edib.
TodayPress TV xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.
Məlumata görə, vəzifəyə Mixail Brodoviç təyin edilib.
Brodoviç 1996-cı ildən Ukraynanın Xarici İşlər Nazirliyində çalışır. O, vaxtilə Ukraynanın İstanbulda və Krakov şəhərlərində Baş konsulu olub. 2015-ci ildən 2022-ci ilədək isə Ukraynanın Sloveniyadakı səfiri vəzifəsini tutub.
Aynur TAC