Ukrayna Belqorodu vurdu - VİDEO

Dünya

25.05.2026 08:18

Ukrayna qoşunları Rusiyanın Belqorod vilayətinə hücum edib.

TodayPress TV xəbər verir ki, vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri şəhər və ətraf rayonlara “kütləvi raket hücumu” həyata keçirib. Hücum nəticəsində enerji infrastrukturu obyektləri ciddi zərər görüb.

Hadisə yerində insan tələfatı qeydə alınmasa da, şəhər və ətraf ərazilərdə elektrik enerjisi, su təchizatı və istilik tədarükündə ciddi fasilələr yaranıb.

Qladkov qeyd edib ki, zədələnmiş obyektlərin bərpası üzrə işlər aparılır və vəziyyət nəzarət altındadır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ukrayna,Rusiya,Belqorod,Raket,Todaypress.tv,