Ukrayna Azov dənizinin Qara dənizə çıxışını bağladı - FOTO

Ukrayna Azov dənizinin Qara dənizə çıxışını bağladı - FOTO
17.11.2026 17:44 Dünya

Krım körpüsündəki dağıntılar Kerç boğazında gəmiçiliyi də iflic edib.

TodayPress TV xəbər verir ki, OSINT analitiklərinin məlumatına görə, körpünün avtomobil yolu hissəsinin dağılması təkcə nəqliyyat vasitələrinin hərəkətini dayandırmayıb, həm də Kerç boğazından keçən gəmilərin hərəkətinə mane olub.

Dağılan konstruksiyanın qalıqları körpünün altındakı gəmiçilik kanalını bağlayıb. Nəticədə Azov dənizi və onun sahilində yerləşən limanlar Qara dənizdən faktiki olaraq təcrid olunub.

İlkin hesablamalara görə, Krım körpüsünün avtomobil yolu hissəsinin bərpası ən azı bir il çəkə bilər.

Dəmir yolu nəqliyyatında da vəziyyət ürəkaçan deyil. Hazırda körpüdən keçən bütün qatarların hərəkətində gecikmələr qeydə alınır.

Jalə Rövşən 


XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər