Ukrayna Almaniyanı sülh planını tənqid etməməyə çağırır
Ukraynanın Almaniyadakı səfiri Oleksiy Makeyev alman siyasətçilərini ABŞ-nin sülh planını tənqid etməməyə çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Die Zeit" qəzeti məlumat yayıb.
"Mən Almaniyada olan hər kəsi ABŞ-yə hücum etməməyə çağırardım. Ukraynaya vasitəçilər yox, bizim tərəfdə oturan müttəfiqlər lazımdır", - deyə diplomat bildirib.
O vurğulayıb ki, ABŞ-nin münaqişənin həlli üzrə diplomatik prosesdə iştirakı Kiyev üçün çox vacibdir.
Aysel Mətləb