Ukrayna ABŞ-yə yeni səfir təyin edəcək: Namizəd bəlli oldu
Ukrayna Prezidenti Volodimir Zelenski Olqa Ştefanişinanı ABŞ-də Ukraynanın səfiri vəzifəsinə namizəd göstərdiyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkə başçısı sosial media hesabında məlumat verib.
O bildirib ki, bu təyinat Ukrayna ilə ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımdır.
Qeyd edək ki, Olqa Ştefanişina daha əvvəl Avroatlantik inteqrasiya məsələləri üzrə Baş nazirin müavini vəzifəsində çalışıb.
Töhfə Səməd