Ukrayna 4 günlük atəşkəs elan etdi – Rusiya razılaşacaq?
Ukrayna sentyabrın 5-dən 8-dək atəşkəs elan edib.
TodayPress TV xəbər verir ki, məlumata görə, Ukrayna ordusunun bölmələrinə artıq atəşkəs rejiminə riayət etmək barədə əmr verilib.
Atəşkəs sentyabrın 5-i saat 00:00-dan başlayaraq 8 sentyabr saat 23:59-dək davam edəcək.
Qərarın ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Jared Kuşnerin Moskva və Kiyevə səfərləri ilə əlaqəli olduğu bildirilir.
Lakin Rusiya tərəfi hələlik bu təşəbbüsə razılıq verməyib. Moskvanın atəşkəsə qoşulub-qoşulmayacağı yaxın günlərdə məlum olacaq.
Türkan İsgəndərli