Uitkoff: "Onlar həqiqətən döyüşmək istəmirlər"
"Rusiya-Ukrayna müharibəsi axmaq müharibədir. Onlar bu ərazi uğrunda vuruşurlar, mübahisə edirlər".
TodayPress TV "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.
“Bilirsiniz, hamı "ləyaqət" sözünü işlədir. Bəs orada bu qədər qətl törədirsinizsə, ləyaqət sizə nə qazandırır?
Onlar bir-biri ilə həqiqətən döyüşmək istəmirlər. Düşünürəm ki, rəhbərlik səviyyəsində baş verənlər onların razılığa gəlməsini çətinləşdirir”, - o bildirib.
Jalə Rövşən