Uitkoff: "Alyaskadakı sammit “epik uğur”la nəticələndi"

Uitkoff: "Alyaskadakı sammit “epik uğur”la nəticələndi"
17.08.2025 20:15 Dünya

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, Ankoricdə keçirilən ABŞ-Rusiya sammiti “epik uğur”la başa çatıb.

TodayPress TV xəbər verir ki, Uitkoff bu barədə “Fox News” telekanalına açıqlamasında danışıb.

Onun sözlərinə görə, görüşdən öncə Rusiya prezidenti ilə altı raund danışıqlar aparılıb və müəyyən nəticələr əldə olunduğu düşünülürdü.

“Amma Alyaskada əldə edilən irəliləyiş epik oldu, bu faktdır”, – deyə Uitkoff vurğulayıb.

O əlavə edib ki, tərəflər gözləniləndən daha yaxşı nəticə əldə edə biliblər.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər