Uitaker: "Çin Ukrayna münaqişəsini bir telefon zəngi ilə həll edə bilər"

Uitaker: "Çin Ukrayna münaqişəsini bir telefon zəngi ilə həll edə bilər"
14.02.2026 10:00 Dünya

Çin Rusiya Prezidenti Vladimir Putin-ə bir telefon zəngi etməklə Ukraynadakı münaqişəyə “sabah” son qoya bilər. 

TodayPress TV  "Blomberg"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin  NATO-dakı səfiri Metyu Uitaker Münhen Təhlükəsizlik Konfransında bildirib.

“Çin sabah Vladimir Putinə zəng edərək hərbi əməliyyatlara son qoya bilər. Həmçinin Rusiyaya ikili təyinatlı texnologiyaların satışını və Rusiya neft-qazının alışını dayandıra bilər”, – deyə Uitaker vurğulayıb.

Səfirin sözlərinə görə, Çin Ukraynadakı münaqişədə Rusiyanı “tam dəstəkləyir”.

O qeyd edib ki, hərbi əməliyyatlar başlayandan bəri Rusiya və Çin tərəfdaşlıqlarını daha da gücləndiriblər.

Uitaker iddia edib ki, Rusiya dronlar və digər hərbi texnika üçün zəruri hissə və komponentlərin tədarükündə Çindən asılıdır. Onun sözlərinə görə, Çin eyni zamanda Rusiya xam neftinin ən böyük alıcısıdır və bu səbəbdən Pekin böhranın həllində Moskvanın mövqeyinə təsir göstərə bilər.

Qeyd edək ki, fevralın 13-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdüyünü açıqlayıb. Daha sonra Vanq Yi Ukraynaya humanitar yardım göstərilməsi planlarını bəyan edib.

Yanvarın sonunda Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bildirib ki, Çin tərəfləri gərginliyin azaldılması və eskalasiyanın qarşısının alınması istiqamətində addımlar atmağa çağırır.

Uitaker daha əvvəl ABŞ-nin Ukraynaya sülh əldə olunana qədər silah tədarükünü davam etdirəcəyini də bəyan etmişdi.

TodayPress TV

Jalə Rövşən 

XƏBƏR LENTİ
01 IYUN 2026
Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Bütün Xəbərlər