Türkmənistana gedənlərin NƏZƏRİNƏ: Artıq növbədə gözləməyə son qoyuldu!

Türkmənistana gedənlərin NƏZƏRİNƏ: Artıq növbədə gözləməyə son qoyuldu!
07.08.2026 20:43 Dünya

Türkmənistan Dövlət Miqrasiya Xidməti ölkədə olan əcnəbi vətəndaşların qeydiyyatı üçün onlayn qeydiyyat sisteminin hazırlandığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bəyanatda deyilir:

"Bununla əcnəbi vətəndaşlar, eləcə də onları qəbul edən fiziki və hüquqi şəxslər Miqrasiya Xidmətinin bölmələrinə gəlmədən onlayn xidmət vasitəsilə əcnəbi vətəndaşları qeydiyyata ala biləcəklər".

Qeydiyyat üçün onlayn sistem vaxta qənaət etməyə, elektron sənəd dövriyyəsini aparmağa, prosedurları qısa müddətdə və sadələşdirilmiş qaydada yerinə yetirməyə imkan verir. Bu sistem ölkədə miqrasiya xidmətinin işinin səmərəliliyini artıracaq və onun fəaliyyətinin müasir tələblərə uyğun təşkilini təmin edəcək".

Qanuna əsasən, Türkmənistanın beynəlxalq müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Türkmənistan ərazisinə giriş vizası əsasında ölkəyə daxil ola və burada qala bilərlər.

Əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Türkmənistan ərazisinə gəldikdən və ya ölkə daxilində yaşayış yerini dəyişərək təyinat məntəqəsinə çatdıqdan sonra üç iş günü ərzində qeydiyyatdan keçməyə borcludurlar.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər