Türkiyədə zəlzələ baş verdi
Türkiyənin İstanbul şəhərində zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə "NTV" məlumat yayıb.
Avropa Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 5 bal olub. Yeraltı təkanların episentri və dərinliyi ilə bağlı əlavə məlumat verilməyib.
Hazırda dağıntılar və ya tələfat barədə məlumat yoxdur. Rəsmi qurumlar vəziyyəti izləyir və zərərçəkənlər olub-olmaması ilə bağlı araşdırmalar aparılır.
Türkan İsgəndərli