Türkiyədə tunel uçdu: Ölən və yaralananlar var
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda içməli su layihəsinin tunel xəttində uçqun baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
İlkin məlumata görə, uçqun zamanı 5 işçi dağıntılar altında qalıb. Onlardan biri həyatını itirib, biri isə yaralanıb.
Hadisə yerinə tibbi briqadalar və polis əməkdaşları cəlb olunub. Yaralı xəstəxanaya çatdırılıb.
Adana valisi Mustafa Yavuz bildirib ki, uçqun “Yedigöze İçməli Su Layihəsi” çərçivəsində aparılan 2 660 metrlik tunel işləri zamanı baş verib.