Türkiyədə şir zooparkdan qaçdı

Türkiyədə şir zooparkdan qaçdı
06.07.2025 14:50 Dünya

Türkiyənin Antalya bölgəsində yerləşən Lion Land heyvan parkında "Zevs" adlı bir şir qəfəsdən qaçıb.

TodayPress TV xəbər verir ki, bu barədə yerli "Hürriyet" qəzeti məlumat yayıb.

Hadisə zamanı bir nəfər ağır yaralanıb. Bildirilir ki, şir Manavqat bölgəsində yerli sakinə hücum edərək ona xəsarət yetirib və daha sonra qaçıb.

Hazırda axtarış işləri davam edir. Şirin sonuncu dəfə Ilıca və Kumköy əraziləri arasında yerləşən otellərin arxasında görüldüyü bildirilib. Yerli sakinlərə ehtiyatlı olmaları tövsiyə edilib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər