Türkiyədə silah-sursat anbarı partladı - Ölənlər var
Türkiyənin Kırıkkale vilayətində sursat anbarı və məhvetmə poliqonunda partlayış baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Qeyd olunub ki, raketə aid sursatın partlaması nəticəsində 2 nəfər həlak olub, 2-si yaralanıb.
Əraziyə polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.