Türkiyədə qəza - 19 nəfər yaralandı

Türkiyədə qəza - 19 nəfər yaralandı
01.08.2025 21:45 Dünya

Türkiyənin Tekirdağ şəhərində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 19 nəfər yaralanıb.

TodayPress TV “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Çerkezköy rayonunda qeydə alınıb.

Avtoqəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

Əraziyə təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər