Türkiyədə meşə yanğınları başladı

Türkiyədə meşə yanğınları başladı
28.08.2025 23:20 Dünya

Türkiyənin Bursa və Amasya vilayətlərində meşə yanğınları baş verib.

TodayPress TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğınlardan biri Bursa vilayətinin Yenişehir rayonunda qeydə alınıb.

Hadisə ilə əlaqədar Bursa–Yenişehir yolu bağlanıb. Alovun söndürülməsinə havadan və qurudan müdaxilə olunur.

Digər yanğın isə Amasya vilayətində müşahidə olunur. Əraziyə təcili tibbi yardım əməkdaşları və yanğınsöndürənlər cəlb edilib. Yanğının söndürülməsinə bir helikopter, 12 su maşını və 190 nəfərlik şəxsi heyət iştirak edir.

Hazırda yanğınların səbəbi məlum deyil.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər