Türkiyədə meşə yanğınına görə 455 ailə təxliyə olundu

Türkiyədə meşə yanğınına görə 455 ailə təxliyə olundu
27.06.2025 22:35 Dünya

Türkiyənin İzmir şəhərində meşə yanır.

TodayPress TV xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, yanğın kənar ərazidə başlayıb, sonra meşəyə yayılıb.

Hadisə yerinə 643 nəfər yanğınsöndürən, səkkiz təyyarə, 16 helikopter, 57 yanğınöndürən maşın və digər texniki vasitələr cəlb olunub.

Məlumata görə, yaxınlıqdakı ərazidə yaşayan 455 ailə təxliyə olunub, hadisəni törətməkdə şübhəli bilinən üç nəfər saxlanılıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər