Türkiyədə atışma oldu: 2 nəfər öldü, 2 nəfər yaralandı

Türkiyədə atışma oldu: 2 nəfər öldü, 2 nəfər yaralandı
29.11.2025 01:55 Dünya

Türkiyənin Şanlıurfa vilayətində iki qrup arasında atışma olub, dörd nəfər güllə yarası alıb.

TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki,  hadisə Haliliye rayonunda qeydə alınıb.

Belə ki, iki qrup arasındakı mübahisə böyüyüb və silahlı qarşıdurmaya çevrilib. Güllə yarası alan dörd nəfərdən biri hadisə yerində həlak olub, digər üçü isə xəstəxanaya çatdırılıb. Yaralılardan biri də xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparıldığı bildirilib.

Jalə Rövşən 

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər