Türkiyədə ağır yol qəzası - Ölənlər var

Türkiyədə ağır yol qəzası - Ölənlər var
19.08.2025 07:23 Dünya

Türkiyənin Adana şəhərinin Kozan rayonunda ağır yol qəzası olub.

Bu barədə TodayPress TV yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, minik avtomobili 70 metrlik uçuruma yuvarlanıb. Hadisə nəticəsində aralarında azyaşlı da olmaqla 5 nəfər ölüb.

Əraziyə jandarm, xilasedicilər, təcili yardım əməkdaşları cəlb edilib.

Qeyd edilir ki, hadisəyə sürücünün nəqliyyat vasitəsində idarəetməni itirməsi səbəb olub.

Qəza ilə bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər