Türkiyədə 84 nəfər qidadan zəhərləndi

Türkiyədə 84 nəfər qidadan zəhərləndi
10.11.2025 07:30 Dünya

Türkiyənin Rize şəhərində 84 nəfər qidadan zəhərlənib.

TodayPress TV "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Muradiye rayonunda mövlud oxudulan evlərdən birində baş verib.

Belə ki, qonaqlar onlar üçün hazırlanan yeməyi yedikdən sonra bulantı və qusma yaşayıblar.

Ümumilikdə 84 nəfər zəhərlənmə diaqnozu ilə yerli xəstəxanada hospitalizasiya edilib. Onlardan bəzilərinin vəziyyətinin orta-ağır olduğu qeyd olunub.

Hadisə ilə bağlı Kənd Təsərrüfatı və Meşəçilik İdarəsi tərəfindən araşdırma aparılır.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər