Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu
Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, zəlzələnin dərinliyi 9,18 km olub.
Ətraf bölgələrdə də hiss edilən zəlzələ nəticəsində, ilkin məlumata görə, hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.