Türkiyədə 4.1 bal gücündə zəlzələ baş verdi - VİDEO
Türkiyənin Muğla vilayətinin Marmaris rayonu sahillərində zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, AFAD-ın məlumatına görə, Aralıq dənizində saat 10:10-da baş verən zəlzələnin maqnitudası 4,1 olub.
Yeraltı təkanın 10,86 kilometr dərinlikdə baş verdiyi bildirilib. İlkin məlumatlara əsasən, bölgədə hər hansı mənfi hal və ya dağıntı qeydə alınmayıb.
Türkan İsgəndərli