Türkiyədə 4 maqnitudalı zəlzələ oldu

Dünya

13.04.2026 20:52

Türkiyənin Ərzincan vilayətində 4 maqnitudalı zəlzələ olub.

TodayPress TV xəbər verir ki, bu barədə AFAD (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi) məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkan yerli vaxtla 19:15-də Kemah rayonunda baş verib.

Zəlzələ ocağının dərinliyi 7,12 kilometrdir.

TodayPress TV

tag: Türkiyə, Zəlzələ, Təkan, Ərzurum, todaypress.tv,