Türkiyə Ukraynaya hərbi kontingent göndərəcək

Türkiyə Ukraynaya hərbi kontingent göndərəcək
23.08.2025 21:50 Dünya
Türkiyə Kiyevə təhlükəsizlik təminatları çərçivəsində öz hərbi kontingentini Ukraynaya göndərmək imkanını nəzərdən keçirir.

TodayPress TV ”RBK Ukrayna" saytına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlalov bildirib.

Onun sözlərinə görə, Türkiyə Kiyevə təhlükəsizlik təminatlarının verilməsi çərçivəsində Ukraynaya hərbi göndərməyə potensial olaraq hazır olan 10 ölkədən biridir.

Diplomat əlavə edib ki, Türkiyənin Ukraynaya təhlükəsizlik təminatları kompleksində iştirak məsələsini ölkənin milli müdafiə naziri Yaşar Gülərlə müzakirə edib.
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər