Türkiyə Suriyaya yardım etməyə hazırdır

Türkiyə Suriyaya yardım etməyə hazırdır
17.07.2025 13:35 Dünya

Türkiyə Müdafiə Nazirliyi bildirib ki, əgər Suriyanın yeni hakimiyyəti rəsmi şəkildə müraciət etsə, Ankara Dəməşqə müdafiə qabiliyyətini gücləndirməkdə kömək etməyə hazırdır.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Nazirlik qeyd edib ki, Türkiyə əvvəllər də Suriyanın terrorla mübarizəsinə dəstək verməyə hazır olduğunu açıqlayıb.

Bundan əlavə, Türkiyə bildirir ki, İsrailin Suriyada həyata keçirdiyi hava hücumları nəticəsində Türkiyə ordusuna heç bir ziyan dəyməyib. Nazirliyin məlumatına görə, Suriyada yerləşən türk əsgərləri və texnikası təhlükəsizdir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər