Türkiyə S-400-ləri Rusiyadan alıb, bu ölkəyə satır
Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket komplekslərinin üçüncü ölkəyə satışı ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə olunub.
TodayPress TV xəbər verir ki, “Yeni Akit” qəzetinin yazdığına görə, Ankara və Moskva S-400-lərin üçüncü ölkəyə satışı məsələsində razılaşmanın yekun mərhələsinə keçib.
Məlumata əsasən, məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qırğızıstandakı təmasları zamanı da müzakirə olunub. S-400 sistemlərinin mümkün alıcısı kimi isə Birləşmiş Ərəb Əmirliklərinin adı çəkilir.
Hazırda Ankara və Moskva arasında razılaşmanın son detalları üzərində iş aparıldığı bildirilir.
Kübra Musayeva