Türkiyə İrana tibbi ləvazimatlardan ibarət yardım göndərir
Türkiyədən dərman və tibbi ləvazimatlarla yüklənmiş 6 yük avtomobilindən ibarət yardım karvanı aprelin 24-də Gürbulak sərhəd-keçid məntəqəsi vasitəsilə İrana göndəriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu özünün sosial media hesabında məlumat yayıb.
O sağlamlığı qorumağın müqəddəs olduğuna inandığını və insanın olduğu hər yerdə şəfanı dəstəkləməyi həmrəyliyin bir tələbi kimi gördüklərini vurğulayıb.
Nazir dərman gözləyən hər bir kəsə dəstək olmağa davam edəcəklərini əlavə edib.
Aysel Mətləb