“Türk axını” qaz kəmərinə qarşı təxribat iddiaları var

“Türk axını” qaz kəmərinə qarşı təxribat iddiaları var
16.10.2025 12:07 Dünya

Britaniyalılar Ukrayna ilə birlikdə “Türk axını” qaz kəmərinə qarşı təxribatlar hazırlayır.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bu iddia ilə Rusiya FSB-nin direktoru Aleksandr Bortnikov çıxış edib.

O bildirib ki, agentlik britaniyalıların Ukrayna kəşfiyyat xidmətləri ilə birlikdə qaz kəmərinə qarşı təxribat planlaşdırması barədə məlumatlara malikdir.

Bortnikovun sözlərinə görə, Böyük Britaniya ordusunun xüsusi təyinatlı qüvvələrinin kəşfiyyat xidməti Xəzər Boru Kəməri Konsorsiumuna PUA hücumu planlaşdırır.

Qeyd edək ki, sözügedən kəmərin səhmdarları Rusiya, Qazaxıstan və ABŞ şirkətləridir.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər