Odessa limanında hərbi əmlak daşıyan gəmi vuruldu

Odessa limanında hərbi əmlak daşıyan gəmi vuruldu
03.10.2026 20:03 Dünya

Odessa limanında Ukraynaya hərbi əmlak çatdıran quru yük gəmisi vurulub.

TodayPress TV "Interfax"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyan edib.

Qurumun məlumatına görə, oktyabrın 3-də günorta saatlarında pilotsuz uçuş aparatları ilə endirilən zərbə nəticəsində Odessa limanında Ukraynaya hərbi əmlak çatdıran quru yük gəmisi vurulub.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə olunan dəniz gəmilərinə zərbələr endirməyə davam edir.

Daha əvvəl qurum Qara dənizdə Odessa limanına ikili təyinatlı yüklər daşıyan daha bir gəminin vurulması barədə məlumat vermişdi.

Gültac Mehdizadə

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər