Trampın İrandan sonrakı HƏDƏFİ - ABŞ kəşfiyyat aktivlərini artırır
Vaşinqton son bir neçə ay ərzində Kubadakı kəşfiyyat imkanlarını genişləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ son aylarda Kubadakı kəşfiyyat aktivlərini artırıb, lakin ABŞ-nin 18 kəşfiyyat qurumundan hansının prosesə cəlb olunduğu dəqiqləşdirilməyib.
Digər bir mənbə də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Kubadakı iştirakını gücləndirdiyini qeyd etsə də, təfərrüatları açıqlamayıb.
Xatırladaq ki, martın 5-də ABŞ Prezidenti Donald Tramp İrana qarşı əməliyyatı başa vurduqdan sonra Kubaya münasibətdə növbəti fəaliyyət kursunu müəyyənləşdirmək niyyətində olduğunu bəyan edib.
Aysel Mətləb