Trampın “gözündən düşdü”: Onu əvəzləmək istəyir

Trampın “gözündən düşdü”: Onu əvəzləmək istəyir
18.11.2026 22:08 Dünya

ABŞ Prezidenti Donald Tramp vitse-prezidenti Cey Di Vensdən getdikcə daha çox narazı qalır.

TodayPress TV xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, Trampın narazılığına səbəb Vensin aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyətini İranla müharibə ilə əlaqələndirməsi, lakin prezidentin müharibəyə başlamaq qərarını açıq şəkildə müdafiə etməməsidir.

Bildirilir ki, Tramp əvvəlcə Vensin qiymətləndirməsinin ümumilikdə reallığa uyğun olduğunu qəbul edib. Lakin sonradan köməkçiləri və müttəfiqləri ilə şəxsi söhbətlərində vitse-prezidentin İranla müharibəyə başlamaq qərarının düzgün olduğunu açıq şəkildə bəyan etməli olduğunu bildirib.

Eyni zamanda, Trampın şəxsi söhbətlərində ABŞ dövlət katibi Marko Rubionun fəaliyyətini müsbət qiymətləndirdiyi və onu 2028-ci il prezident seçkilərində mümkün namizəd kimi gördüyü qeyd olunur.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər