Trampın Ankarada Mehtər marşı ilə təntənəli qəbulu İranı özündən çıxardı

Trampın Ankarada Mehtər marşı ilə təntənəli qəbulu İranı özündən çıxardı
08.07.2026 10:10 Dünya

İran Donald Trampı qəbul etməsi ilə bağlı Türkiyə rəsmilərinə rəsmi şəkildə kəskin narazılığını çatdırıb. 

TodayPress TV  xəbər verir ki, bu barədə yüksək vəzifəli siyasi mənbə məlumat yayıb.

Rəsminin sözlərinə görə, Türkiyə hökumətinin İsrail rejimi ilə birlikdə İrana qarşı iki qəddar müharibədə məsuliyyət daşıyan, İran xalqına qarşı ən dəhşətli müharibə cinayətləri və terror aktları törədən bir şəxsi dəvət etmək qərarı mehriban qonşuluq prinsipləri və iki müsəlman xalqı arasındakı dostluq münasibətləri ilə tamamilə ziddiyyət təşkil edir.

Mənbə qeyd edib: "Türkiyənin milli suverenliyinə tam hörmət etsək də, böyük bir din aliminin, həmçinin İranın dini və siyasi liderinin dəfn mərasimlərinin keçirildiyi bir vaxtda onun qatilinin qonşu ölkədə xoş qarşılandığını qəbul edə bilmərik".

Yüksək vəzifəli şəxs əlavə edib ki, Türkiyə hökumətinin "İslam İnqilabının Liderinin və Minab ilə Lamerdin övladlarının qatilini" qəbul etmək qərarı, şübhəsiz ki, Türkiyənin müsəlman xalqının da hisslərinə toxunub. 

Rəsmi, həmçinin bir çoxlarının Türkiyə məhkəmə orqanlarından Donald Trampı törətdiyi ən dəhşətli beynəlxalq cinayətlərə görə mühakimə edəcəyini və həbs edəcəyini gözlədiyini vurğulayıb.  

Jalə Rövşən 

XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər