Trampdan Böyük Britaniyadakı qrupla bağlı gözlənilməz QƏRAR
ABŞ Prezidenti Donald Trampın administrasiyası Böyük Britaniyada fəaliyyət göstərən etiraz qrupu “Palestine Action”ı “xüsusi təyin edilmiş qlobal terror təşkilatı” (SDGT) elan etməyə hazırlaşır.
TodayPress TV xəbər verir ki, məlumata görə, bu barədə “Politico” nəşri yazıb.
Qərarın qəbul ediləcəyi təqdirdə, qrupun ABŞ-dəki aktivləri dondurulacaq, həmçinin amerikalı şəxslərə “Palestine Action”a maliyyə, mal və ya xidmət təqdim etmək qadağan olunacaq.
Bu, Böyük Britaniyada fəaliyyət göstərən solçu fəal qrupun ABŞ-nin terrorla mübarizə çərçivəsində tətbiq etdiyi sanksiyalarla üzləşdiyi ilk məlum hal olacaq.
Kübra Musayeva