Tramp Zelenski barəsində: "Putinlə işləmək daha asandır"
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə işləməyin Rusiya Prezidenti Vladimir Putinlə işləməkdən daha çətin olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Tramp "Newsmax" telekanalına açıqlamasında deyib.
Tramp bildirib ki, Rusiyanın neft emalı zavodlarına hücumlar əvəzinə başqa hədəflər seçilə bilər.
Ukrayna Prezidenti Volodimir Zelenski isə "Financial Times" qəzetinə açıqlamasında Rusiyanın neft emalı zavodlarına zərbələrin endirilməməsi ilə bağlı atəşkəsin artıq qüvvədə olmadığını bildirib.
Qeyd edək ki, enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı təşəbbüs Vaşinqtonla Kiyev arasında fikir ayrılıqlarının mövzularından birinə çevrilib. Moskva isə həmin təşəbbüslə razılaşmayıb.
Türkan İsgəndərli