"Tesla" uçan avtomobilini təqdim etdi - VİDEO

"Tesla" uçan avtomobilini təqdim etdi - VİDEO
16.10.2026 08:53 Dünya

"Tesla" yeni "Roadster" modelini təqdim edib. Elektrikli idman avtomobili nümayiş zamanı rampadan havaya qalxaraq öz oxu ətrafında fırlanıb.

TodayPress TV xəbər verir ki, təqdimat ABŞ-nin Texas ştatında, "SpaceX"in sınaq poliqonunda keçirilib.

Yeni "Roadster" sıxılmış qaz buraxan xüsusi sistemlə təchiz olunub. Bu sistem avtomobilin havadakı hərəkətini və mövqeyini idarə etməyə imkan verir.

Məlumata görə, avtomobilin saatda 60 mil (təxminən 97 km/saat) sürətə 0,81 saniyəyə çatdığı bildirilib. Modelin seriyalı istehsalına isə 2028-ci ildə başlanması planlaşdırılır.

Qeyd edək ki, "Tesla" daha əvvəl xarici panellərlə bağlı problem səbəbindən 46 mindən çox "Cybertruck" elektrik pikapını geri çağırıb. Şirkətin digər müştəriləri isə avtomobillərdəki aerodinamik səs-küylə bağlı şikayətlərini dilə gətiriblər.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər