Tarix yazılmağa davam edir: Salahdan sərhədləri aşan nailiyyət!

Tarix yazılmağa davam edir: Salahdan sərhədləri aşan nailiyyət!
16.10.2026 08:42 İdman

UEFA Konfrans Liqasının ümumi mərhələsinin I turunda “Trabzonspor” səfərdə Finlandiyanın “KuPS” klubunu 4:2 hesabı ilə məğlub edib. 

TodayPress TV xəbər verir ki, matçın əsas qəhrəmanlarından biri Türkiyə təmsilçisinin heyətində qol və məhsuldar ötürmə ilə yadda qalan misirli hücumçu Məhəmməd Salah olub.

“Football Tweet” sosial şəbəkəsində yayılan məlumata görə, misirli futbolçu UEFA bayrağı altında keçirilən hər üç əsas avrokubok тurnirində – Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında eyni matçda həm qol vuran, həm də məhsuldar ötürmə edən tarixdə ilk oyunçu olub.

Növbəti turda “Trabzonspor” Şotlandiyanın “Hearts” klubu ilə qarşılaşacaq. Görüş oktyabrın 22-də Türkiyədə keçiriləcək. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər