ABŞ-də ölüm cəzası kimlərə şamil olunacaq? - Trampdan SƏRT QƏRAR

ABŞ-də ölüm cəzası kimlərə şamil olunacaq? - Trampdan SƏRT QƏRAR
16.10.2026 07:50 Dünya

ABŞ Prezidenti Donald Tramp Ədliyyə Nazirliyinin rəhbəri Todd Blanşdan yanğınsöndürənlərin qətlinə görə ölüm cəzasının tətbiq edilməsini tələb edib.

TodayPress TV xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

Trampın sözlərinə görə, o, polis əməkdaşlarının qətlinə görə ən ağır cəzanı nəzərdə tutan Ədliyyə Nazirliyinin təşəbbüsünün yanğınsöndürənlərə də şamil edilməsini istəyir.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, cəzanın sərtləşdirilməsi bu cür cinayətlərin qısa müddətdə qarşısını almağa imkan verəcək.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər