Norveçdən nüvə silahı ilə bağlı gözlənilməz qərar: Qadağa ləğv edilə bilər
Norveç nüvə silahı istehsal edən şirkətlərin maliyyələşdirilməsinə qoyulan qadağanı ləğv etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Məlumata görə, hökumət komissiyası dünyanın ən böyük suveren sərvət fonduna NATO ölkələrinin müdafiə sənayesi şirkətlərinə investisiya yatırmağa icazə verilməsini təklif edib.
Aktivlərinin həcmi 2 trilyon avrodan çox olan fondun “Boeing”, “Airbus” və “Lockheed Martin” kimi şirkətlərə investisiya yatırması nəzərdə tutulur.
Təklif qəbul olunarsa, Norveç nüvə silahı istehsalçılarına investisiya qoyuluşuna tətbiq edilən məhdudiyyətləri aradan qaldıra bilər.
Kübra Musayeva